Günün kuponu – 28.01.2025
Al Kuwait – Qadsia SC QOL/QOL
Küveyt Superkubokunda həlledici oyun 60 minlik arenada təşkil olunacaq. Yarımfinalda “Al Salmiya”nı 4-1 hesabıyla məğlub edən “Al Kuwait” finalın favoriti hesab olunur. Tərəflər arasında statistika “Al Kuwait”in tərəfindədir. Lakin son dueldə “Qadsia” qələbə qazanıb. Fikrimcə bu matçda çoxlu sayda qol izləyəcəyik.
Omoniya – AEL Limassol QOL/QOL
Kipr Kubokunda ¼ finala start verilir. 1/8 finalda asan qələbə qazanan hər iki komandanı ¼ finalda ciddi mübarizə gözləyir. Son iki ildə bu rəqibə uduzmayan “Omoniya” indi daha yaxşı heyətə malikdir. Hücumda etibarlı futbolçulara güvənən meydan sahiblərinin şansı qaçıracağı inandırıcı deyil. Lakin kubok matçlarında qol/qol seçiminə daha çox güvənmək mümkündür.
National Bank – Petrojet FC QOL/QOL
Ehramlar diyarının çempionatında 10-cu tur başlayır. Misir Milli Bankın sponsorluq etdiyi komanda 4 qələbəylə 6-cı yerdədir. Cari mövsüm çempionatda 3 qələbə qazanan “Petrojet” hücumda zəif çıxış edir. Bununla belə yaxşı maliyyə dayağına malik rəqibə qarşı maksimum güc nümayiş etdirəcək. Hər iki komandanın meydanı qolsuz tərk etməyəcəyini fikirləşirəm.