Günün kuponu – 27.12.2025

Günün kuponu – 27.12.2025

Benin – Botsvana 1

Hər iki komanda ilk turda məğlub olub. Benin Konqoya minimal hesabla uduzubsa, Botsvana Seneqaldan 3 cavabsız top buraxıb.
Matçın favoriti daha güclü Benindi. Favoritin qələbə qazanacağını proqnozlaşdırıram.

Al Nassr – Al-Akhdoud İstənilən vaxt qol müəllifi və 1×2: Kriştiano Ronaldo və 1

Səudiyyə Ərəbistanının Pro Liqasının yekdil lideri autsayderlərdən birini qəbul edəcək. “Al Nassr” Liqada keçirdiyi 9 oyunda 9 qələbə qazanıb. Kriştiano Ronaldo isə çempionatda meydanda çıxdığı qarşılaşmaların yalnız birində fərqlənə bilməyib. Portuqaliyalı meqaulduzun qol vuracağına və meydan sahiblərinin qalib gələcəyinə mərc edirəm.

Liverpul – Vulverhemton 1 və 2.5 ÜST

Gələn ay UEFA Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Liverpul” uğursuz startdan sonra tədricən özünə gəlir və son 3 matçı qələbə ilə bitirib. “Vulverhemton” top liqalarda bu mövsüm qalib gəlməyən tək klubdu. Ümidsiz autsayderlə qarşılaşmada liverpullulardan parlaq oyun, bol qol və qələbə gözləyirəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Premyer Liqa klubları cəzalandırıldı

Növbəti yazı

Sürpriz kupon – 27.12.2025