Günün kuponu – 27.11.2025

Günün kuponu – 27.11.2025

Lill – Dinamo Zaqreb 1

Fransa təmsilşisi cütün aşkar favoritidir. Düzdür, bir çoxları Donamo Zaqrebin süpriz etmə ehtimalına inanır. Amma mən Lillin buna imkan verməyəcəyini düşünürəm. Hazırda yaxşı formada olan Lill çətin ki, bu şansı əldən versin.

PAOK – Brann 2,5 ÜST

PAOK möhtəşəm azarkeşləri önündə ancaq hücumu düşünəcək. Elə Brann da hücum futbolunu sevir. Odur ki, oyunun bol qollu keçəcəyi ehtimalı böyükdür. Günün kuponunda 2,5 üst seçimi daha məntiqli görünür.

AZ Alkmaar – Şelburn 2,5 ÜST

Eyni sözləri AZ Alkmaar Şelburn oyunu haqda da demək olar. Şelburn cəsarətli komandadır. Hücum etməyi, risk almağı sevir. AZ Alkmaar haqqında geniş danışmağa isə ehtiyac yoxdur. Bu qarşılaşmanın da bol qollu keçəcəyini düşünürəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

DÇ-2026: Səbətlər bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 27.11.2025