Günün kuponu – 27.10.2024
Qarabağ – Şamaxı 1-ci hissə – Qarabağ
Avropa Liqasında “Ayaks”a 3 cavabsız qolla uduzan “Qarabağ”a psixoloji durumunu yüksəltmək üçün inamlı qələbə çox lazımdır. Məncə, Qurban Qurbanovun komandası artıq ilk yarıda qələbənin əsasını qoyacaq.
Fənərbağça – Bodrumspor 1
“Fənərbağça” son 2 Avroliqa, həmçinin bir Superliqa matçını heç-heçə bitirib. Hazırda Superliqada 4-cü yerdə olan “sarı-lacivərdlilər” bir oyun əskik olmaqla lider “Qalatasaray”dan 8 xal geri qalır. Növbəti xal itkisi onlar üçün yolverilməzdir. Ona görə “Fənərbağça”nın qələbəsinə çox inanıram.
Utrext – Feyenoord QOL/QOL
Erediviziyanın iki məğlubedilməz komandasının dueli. Tərəflərin son 7 duelinin hamısında qarşılıqlı qollar qeydə alınıb. Məncə, bu görüşdə də hər iki komanda qol vuracaq.