Günün kuponu – 27.10.2023

Günün kuponu – 27.10.2023

Cenoa – Salernitana 1

Cenoa evdə hər bir rəqib üçün təhlükəlidir. Üst sıralara qalxmaq üçün Salernitana ilə görüş onlar üçün əla fürsətdir. Odur ki, meydan sahiblərinin autsayderlə görüşdə rahat qələbə qazanacaqlarını güman edirəm.

Vitesse – Zvolle X2

Avrokuboklara vəsiqə hədəfləyən Zvolle Vitesse səfərindən uğurlu nəticə qazanmağa borcludur. Meydan sahiblərində isə işlər heç də yolunda deyil. Zvollenin bu fürsəti boşa verməyəcəyini düşünürəm. Məncə, qonaqlar bu görüşdə məğlub olmayacaqlar.

Kasımpaşa – İstanbulspor QOL/QOL

İstanbulspor yeni baş məşqçisi Hakan Yakınla çıxdığı ilk matçda qolllar vurmağı, qələbə qazanmağı bacardı. Bunun davamını Kasımpaşa ilə səfər görüşündə də gətirmək istəyəcəklər. Meydan sahibləri evdə demək olar ki, bütün komandalara qol vurmağı bacarıb. Bu görüş üçün ən uyğun seçim qarşılıqlı qollar olardı.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Tonali 10 aylıq cəza ilə razılaşdı

Növbəti yazı

Sürpriz kupon – 27.10.2023