Günün kuponu – 27.10.2022
“Fənərbağça” – “Renn” QOL/QOL
Avropa Liqasında bu qrupda məsələ həll olunub. Hər iki klub indi lideri müəyyənləşdirməlidir. Fransada 2-2 hesabı ilə razılaşan tərəflərin cavab görüşündə açıq futbol oynayacağını düşünmürəm. Ölkə çempionatlarında son turları qələbə ilə başa vuran tərəflərin duelində aşkar favorit yoxdu.
PSV – “Arsenal” ALT2.5
Topçular artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Meydan sahiblərinə isə qələbə çox vacibdir. 7 xalla ikinci pillədə qərarlaşan Niderland təmsilçisi bu oyunda meydana qələbə üçün çıxacaq. Statistikaya əsasən meydan sahibləri “Arsenal”ı son dəfə 2007-ci ildə məğlub edib.
“Frayburq” – “Olimpiakos” ÜST2.5
“Qarabağ”ın yer aldığı qrupda favorit almanları autsayderi qəbul edir. Autsayder ona görə ki, “Olimpiakos” 1 xalla son pillədədir. Meydan sahibləri doğma meydanda qələbə qazanmaqla birinci pilləni təmin edə bilər.