Günün kuponu – 27.09.2023
“Real” (Madrid) – “Las Palmas” – 1-ci hissə\oyun – “Real”\”Real”
3 gün əvvəl Madrid derbisində “Atletiko”ya uduzan (1:3) “Real” bunun heyfini məncə, “zavallı” “Las Palmas”dan çıxacaq. Fikrimcə, “Kral Klubu” həm 1-ci hissənin yekununda, həm də matçın sonunda qalib olacaq.
“İnter” – “Sassuolo” – 1-ci hissə cüt şans 12
Ötən tur “Yuventus”u 4:2 məğlub edən “Sassuolo”nun hücumu da, müdafiəsi də fərqlənir. Hücum 5 oyuna 9 qol vurub, arxa xətt isə 11 qol buraxmaqla bu mövsüm A seriyasında “Empoli”dən sonra 2-ci ən bərbad göstəriciyə malikdir. “”İnter”lə qarşılaşmada da bol qol gözləmək olar. Məncə, hesabdakı bərabərlik fasiləyə qədər pozulacaq.
“Napoli” – “Udineze” – 1-ci hissə künc zərbələri – “Napoli”
5 turun heç birində qələbə qazanmayan “Udineze” mövsümə olduqca uğursuz başlayıb. Neapol klubu ilə qarşılaşmada da onların sensasiya edəcəyinə inanmıram. “Napoli” matçın favoriti olduğunu əksər oyun komponentlərində, o cümlədən kornerlərin sayında isbatlayacaq.