Günün kuponu – 27.04.2022
“Bolonya” – “İnter” – 2 [nowbetnow-dynamic dyn_code=1353]
Bu qarşılaşma 20-ci turdan təxirə salınan olsa da, hazırda – 34 turdan sonra nəticəsi daha əhəmiyyətlidir. Lider “Milan”dan bir oyun az keçirən “İnter” bu matçı qazanarsa, liderliyi ələ keçirəcək. A seriyasında yerini qoruyan, cədvəldə avrokubok zonasından çox uzaq düşən “Bolonya” çətin ki, “İnter”in “zirvəyə yüksəlməsinin” qarşısını ala bilsin.
“Liverpul” – “Vilyareal” – 1 [nowbetnow-dynamic dyn_code=1354]
“Liverpul” böyük əzmlə həm premyer liqa, həm də ÇL-də çempionluq uğrunda mübarizə aparır. Heyət baxımından “Vilyareal” ı çox üstələyən Yurgen Klopun komandasının qələbəsinə çox inanıram. Digər yarımfinal cütü ilə müqayisədə “Liverpul”un işi daha asan görünür. İnanmıram ki, bu şansı əldən versinlər.
“Fiorentina” – “Udineze” – 1 [nowbetnow-dynamic dyn_code=1355]
Ötən tur autsayder “Salernitana”ya sürpriz məğlubiyyət (1:2) “Fiorentina”ya ağır zərbə oldu. Onlar 20-ci turdan təxirə salınan bu matçı qazanmaqla avrokuboklara sonuncu vəsiqəni verən 6-cı sıranı ” Latsio”dan ala bilərlər. İddiasız “Udineze” üçün sadəcə, stimul qalmayıb. Niyə, nə üçün, hansı hədəf uğurunda oynamaq sualı udinelilər üçün əhəmiyyətini artıq itirib. Ona görə daha motivasiyalı, istəkli “Fio”nun bu matçda qalib gələcəyini düşünürəm.