Günün kuponu – 27.03.2025

Günün kuponu – 27.03.2025

Barselona – Osasuna 1/ilk hissə ÜST1.5/ oyun ÜST3.5

İspaniya La Liqasında 27-ci turdan təxirə salınan oyun keçiriləcək. Bir ay qələbəyə həsrət qalan “Osasuna” Barselonada meydana çıxacaq. Komandaların sentyabrdakı son dueli qonaqların 4-2 hesablı qələbəsiylə başa çatıb. Meydan sahibləri qələbə qazanmaqla turnir cədvəlində vahid lider olmaq niyyətindədir. Qeyd edim ki, hazırda La Liqada “Barsa” və “Real” hərəyə 60 xal toplayıb. Kataloniyalıların ehtiyatda bir oyunu var. Bu matçda istifadə edəcəyi halda “Barsa” həm də zirvənin tək şəriki olacaq. Ona görə meydan sahiblərinin inamlı qələbəsinə inam var.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Bavariya”da ciddi itkilər

Növbəti yazı

Sürpriz kupon – 27.03.2025