Günün kuponu – 27.03.2022
“Mirandes” – “Ponferradina” – QOL/QOL
3 ay bundan əvvəlki oyunda sevinən tərəf “Ponferradina” olmuşdu. “Mirandes” sequndada 15-ci pillədə qərarlaşıb. 32 oyunda 42 qol vurub, 50 top buraxıb. Məhsuldar olmaqla yanaşı, müdafiədə o qədər də etibarlı oynamırlar. Qonaq komanda isə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Hazırda yaxşı formadadırlar. “Mirandes” təhlükəli zonaya yaxın olduqları üçün sona qədər mübarizə aparacaq. Ən uyğun nəticə qol/qoldur.
“Alkorkon” – “Valyadolid” – 2
“Alkorkon” son pillədə yer alsa da, təslim olmaq fikrində deyil. Son 5 oyuna cəmi 1 məğlubiyyətləri var. Az top buraxırlar. “Valyadolid” isə La liqaya qayıtmaq arzusundadır.2-ci pillədən 4 xal geri qalır. Məhsuldarlıqları ilə seçilirlər. “Valyadolid”in qələbəsini ehtimal edirəm.
“Burqos” – “Tenerife” 2
Turnir cədvəlində fərqli pillələrdə qərarlaşıblar. “Burqos” 12-ci, “Tenerife” isə 55 xalla 4-ci pillədə qərarlaşıb. “Burqos”un demək olar ki, heç bir iddiası qalmayıb.Yuxarı yerlər uğrunda mübarizə aparan “Tenerife” isə fikrimcə, iddiasını ortaya qoyub bu oyundan qələbə ilə ayrılacaq.