Günün kuponu – 27.02.2025

Günün kuponu – 27.02.2025

Bolonya – Milan 2, 2,5 üst və kornerlər sayı 8 üst

Günün kuponunda sizə öz mərcinizi yaratmağı təklif edirəm. Düşünürəm ki, Bolonya – Milan oyununda Milan qələbəyə daha yaxın tərəfdir. Meydan sahiblərində son turlarda eniş hiss olunur. Milanda da işlər ürəkaçan deyil. Çempionlar liqasında mübarizəni dayandıran Milan bütün diqqəti A seriyasına yönəldib. Məncə onlara bu görüşdə qələbə çox vacibdir. Milanın qələbə qazanacağı ilə yanaşı bu görüşün bol qollu keçmə ehtimalının da çox olduğunu düşünürəm. Odur ki, 2-ci variant kimi 2,5 üst seçimini tövsiyyə edirəm. Bu qarşlaşmada 8-dən çox kornerin olacağına da mərc etmək olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Milan”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 27.02.2025