Günün kuponu – 27.01.2025
Zamalek – El Gouna 1
Misir çempionatının favoritlərindən biri autsayderi qəbul edəcək. “Zamalek” ötən tur gözlənilmədən digər autsayder “Fyuçer”ə uduzmuşdu. Komandanın ardıcıl ikinci turda zəif rəqibə xal verəcəyi inandırıcı görünmür.
Kasımpaşa – Hatayspor 1
“Recep Tayyip Erdoğan” stadionunda keçiriləcək oyunun favoriti meydan sahibləridi.
“Kasımpaşa” “Hatayspor”dan daha güclü komandadı. Qonaqlar ötən tur “Qalatasaray”dan xal almağı bacarsalar da, bu tempi sabit qoruyacaq potensialları yoxdu.
Venetsiya – Verona Venetsiya: ÜST 0.5
A Seriyasındakı yerini qorumaq üçün mübarizə aparan komandaların oyunu böyük maraqla gözlənilir. “Venetsiya” turnir cədvəlinin 19-cü pilləsindədi və 18-ci yerdə gedən “Verona”dan 4 xal geri qalır. Meydan sahibləri işləri daha da çətinləşdirməmək üçün mütləq qələbə qazanmalıdı. Bunun üçün qol vurmaq lazımdır. “Venetsiya”nın ən azı 1 dəfə fərqlənəcəyinə mərc edirəm.