Günün kuponu – 27.01.2022

Günün kuponu – 27.01.2022

Ekvador – Braziliya ALT2.5

Cənubi Amerika üzrə dünya çempionatının seçmə oyunları artıq Braziliya üçün önəm daşımır. Sambaçılar Qətərdə keçiriləcək mundiala vəsiqəni təmin edib. 35 xalı olan Braziliya millisindən fərqli olaraq oyun Ekvador yığması üçün vacibdir. Meydan sahiblərini 5-ci pillədə olan Peri millisindən 6 xal ayırır. Ona görə Ekvador doğma meydanda xal qazanmağa çalışacaq. Fikrimcə bu matçdan məhsuldar nəticə gözləmək real deyil.

Çili – Argentina ALT3.5

Messinin şərəfini qoruduğu Argentina dünya çempionatına vəsiqəni təmin edib. Altıncı pillədə olan Çili yığmasını mundiala vəsiqə verən ilk dördlükdən 1 xal ayırır. Buna görə meydan sahibləri xalını artırmaq üçün maksimum nəticə qazanmağa çalışacaq. Koronavirusdan sağalan Messi matçda iştirak etməyəcək. Komandaların son iki matçı 0-0 və 1-1 hesabı ilə başa çatıb. Çilinin qələbə və ya heç-heçəsinə inanıram.

“Eştoril”-“Arauka” QQ

Hər iki komanda oyuna itkilərlə çıxacaq. Qonaqlarda Soareş, Yau oynamayacaq. Daha iki futbolçunun səhhətində problem yaranıb. “Eştoril” 25 xalla 7-ci sıradadır. “Arauka” 17 turda 17 qol vurub, rəqibləri isə 35 dəfə sevindirib. “Arauka” axırdan ikinci yerdədir və təhlükəli zonanı tərk etməkdə çətinlik çəkir.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Dibala “Liverpul” yolunda

Növbəti yazı

Sürpriz kupon – 27.01.2022