Günün kuponu – 26.11.2022
Tunis – Avstraliya – 2,5 ALT
Hər iki komanda ehtiyatlı futbola üstünlük verir. İlk oyunda Fransaya 1:4 məğlub olan Avstraliya bu matçda qələbə üçün bütün gücünü ortaya qoymalıdır. Amma Tunisə qol vurmaq elə də asan iş deyil. Elə Tunis millisi üçün də Avstraliyanın müdafiəsini yarmaq çətin olacaq. Ona görə 2,5 alt variantı daha optimal sayıla bilər.
Fransa – Danimarka – QOL/QOL
Fransanın hücum xəttinə söz ola bilməz. Avstraliya matçında da bunu gördük. Amma Danimarka fransızlar üçün elə də münasib rəqib deyil. Aralarındakı son 3 dueldən ikisində Fransa bu rəqibə məğlub olub, bir matç isə qolsuz bitib. Fikrimcə, bu dəfə də Didye Deşamın komandası üçün asan olmayacaq. Qarşılıqlı qollar gözlədiyim bir matçdır.
Argentina – Meksika – 1
İlk oyunda Səudiyyə Ərəbistanına uduzmaqla (1:2) bütün dünyanı şoka salan Argentinanın qələbədən başqa yolu yoxdur. Əks halda Messi və komandasının mundialı erkən tərk etmək ehtimalı artacaq.