Günün kuponu – 26.10.2025

Günün kuponu – 26.10.2025

Qəbələ – Neftçi 2

Hər iki klubun nəticələri hələlik ürəkaçan deyil. Amma “Neftçi” daha sanballı heyətə malikdir.

Samir Abasovun yetirmələri bu oyunda qələbə qazanıb, qarşılarına qoyulan böyük hədəflər uğrunda mübarizəyə başlamalıdır.

Qalatasaray – Göztəpə 1

Super Liqada keçirdiyi 9 oyunda 8 qələbə qazanıb, 1 heç-heçə edən “Qalatasaray” “Göztəpə”ni qonaq edəcək. Ən yaxın izləyicisini 7 xal qabaqlayan “cimbom” yaxşı formadadır və azarkeşləri önündə 3 xal qazanmalıdır.

Qarabağ – Şamaxı Qol/Qol

“Qarabağ” noyabrın 5-i “Çelsi”ni qəbul edəcək. Qurban Qurbanovun futbolçuları nə qədər daxili oyunlara konsentrasiya olmağa çalışsalar da, sözsüz ki, əsas fikirləri Çempionlar Liqasında dünya futbolunun ən böyük klublarından biri ilə qarşılaşmada olacaq.

Zənnimcə, “Şamaxı” bundan istifadə edib ən azı 1 qol vura bilər.

“Qarabağ”ın fərqlənməməsi isə əsl sürpriz olar.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Masazırda qollu bərabərlik

Növbəti yazı

Sürpriz kupon – 26.10.2025