Günün kuponu – 26.08.2025

Günün kuponu – 26.08.2025

Kayrat – Seltik 2

Brendan Rocersin komandası zəif rəqibi ilə ilk matçda gözlənilmədən qolsuz bərabərliyə qaldı. Şotlandiya çempionu Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün toparlanıb qalib gəlməlidir. “Kayrat” səfərdə sürpriz etməyi bacarsa da, “Seltik”in qazaxlara ikinci dəfə şans verəcəyi inandırıcı görünmür.

Kalmar – Helsinborq 1

“Kalmar” Allsvenskana yüksəlmək uğrunda mübarizə aparır. Ehtiyatda 1 oyunu olan komanda Superettanın potensial lideridir və bu matçda qələbə onları faktiki liderə çevirəcək. Qonaqların demək olar ki, heç bir iddiası qalmayıb. Onlar azarkeş dəstəyilə daha da motivasiya olacaq güclü rəqibin qarşısında çətin tab gətirə bilsin.

Şturm – Bodo Qlimt QOL/QOL

“Şturm” ilk matçda gözlənilmədən 0:5 hesabı ilə uduzub liqa mərhələsinə yüksəlmək şansını demək olar itirdi. Avstriyalılar azarkeşlərinə təsəlli vermək üçün evdə istənilən hesabla qələbə qazanmağa çalışacaq. Qonaqlar isə Norveçdəki hesabın yaratdığı komfortla rahat oynayıb rəqibin səhv etməsini gözləyəcək. Belədə qarşılıqlı qolların olması istisna deyil.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Premyer Liqada 68-ci: 9-cu legioner

Növbəti yazı

Sürpriz kupon – 26.08.2025