Günün kuponu – 26.08.2024
Kalyari – Komo ALT 3.5
“Komo” gözlənildiyi kimi ilk turda səfərdə “Yuventus”a böyük hesabla uduzdu. “Kalyari”nin evdə “Roma” ilə qolsuz bərabərliyə qalması bir qədər gözlənilməz oldu. İlk turda qol hesabını aça bilməyən komandaların bu qarşılaşmada da böyük məhsuldarlıq göstərməyəcəyinə mərc edə bilərik.
Verona – Yuventus 2
Hər iki komanda A seriyasına inamlı başlanğıc edib. Amma “Yuventus”un “Komo” üzərində 3:0-lıq qələbəsi gözlənilən idisə, “Verona”nın “Napoli”ni eyni hesabla udması əsl sensasiya oldu.
Rəqibi ilə müqayisədə xeyli zəif heyətə malik Romeo və Cülyetta şəhəri təmsilçisinin ardıcıl ikinci sensasiyaya imza atması inandırıcı görünmür.
Vilyareal – Selta 1X
La Liqanın startında “Vilyareal” “Atletiko Madrid”lə 2:2 hesabı ilə heç-heçə edib, “Sevilya”nı isə səfərdə udub – 2:1. “Selta” isə “Alaves”i 2:1, “Valensiya”nı 3:1 məğlub edib.
Bu nəticələr hər iki komandanın mövsümün əvvəli yaxşı formada olduğunu göstərir.
Amma sözsüz “Vilyareal” daha keyfiyyətli heyətə malikdi. Odur ki, meydan sahibləri doğma arenada favoritdir.
Bir qədər özümüzü sığortalayıb “Vilyareal”ın uduzmayacağına mərc edirəm.