Günün kuponu – 26.03.2025

Günün kuponu – 26.03.2025

Lion (Q) – Bayern M(Q) 1, 3,5 ÜST və isənilən vaxt qol vuracaq oyunçu Kadidiatou Diani

Qadınların Çempionlar liqası yarışında Lion favoritlərdən sayılır. Onların çox yaxşı heyəti var. Qrup mərhələsində 6 oyunun 6-da da qələbə qazanan fransa təmsilçisi rəqib qapılarına 19 qol vurub və cəmi 1 top buraxıb. Bayer Münxenin qadın komandası isə qrup ikincisi kimi ¼ finala yüksəlib. Üstəlik, Lion rəqibini səfərdə də məğlub etməyi bacarıb. Zənnimcə hesab bu dəfə daha böyük olacaq. Odur ki, öz mərcinizi yaradıb, Lionun qələbəsinə, azı 4 topun vurulacağına mərc etməyə dəyər. 3-cü ehtimal kimi isə Lionun çempionlar liqasındakı bombardirinin qol vuracağına mərc edə bilərsiz. Düşünürəm ki, Kadidiatou Diani Bayernlə görüşdə də fərqlənə biləcək.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Aleksander-Arnold “Real” yolunda

Növbəti yazı

Sürpriz kupon – 26.03.2025