Günün kuponu – 26.03.2023

Günün kuponu – 26.03.2023

Qazaxıstan – Danimarka – 2

Qazaxıstan millisi Avro-24-ün birinci oyununda Sloveniya millisinə bir hissə müqavimət göstərə bildi. İkinci hissəni aktiv keçirən qonaqlar 1-2 hesabı ilə qalib gəlməyi bacardı. Fiziki cəhətdən çox zəif təsir bağışladılar. Danimarka qonşu ölkə olan Finlandiyanı qəbul edirdi. Çox ağır gedən oyunun yalnız sonlarında ev sahibi qələbə toplarını vura bildi. Qrupun lideri səfərdə Qazaxıstanın qonağı olacaq. Oyunun favoriti növbəti qələbəsini qazanmağa çox yaxındır.

İngiltərə – Ukrayna – 1

İngiltərə səfərdə İtaliya kimi millini 1-2 məğlub edib. Uembli stadionunda 80 min azarkeşinin önündə Ukrayna millisini qəbul edəcək. Çox gərgin və olduqca maraqlı oyun bizləri gözləyir. Qonaq komandanın fiziki güclü olduğunu nəzərə alırıq. Amma oyunun favoriti olan İngiltərə evdə çətin ki bu şansı əldən qaçırsın. Qələbə qazanıb 6 xalla qrupun liderliyini davam edəcək.

Sloveniya – San Marino – 3,5 ÜST

Səfərdə 1-0 geriyə düşən Sloveniya ikinci hissə tempi artırıb Qazaxıstan millisi üzərində mühüm olan 3 xalı qazandı. Əla fürsət düşüb əllərinə. İkinci qələbəni qazanmaq və topların sayını artırmaq imkanı yaranıb. San Marino evdə Şimali İrlandiya millisinə 0-2 məğlub oldu. Qonaqları çox çətin oyun gözləyir. Bu qarşılaşmada Sloveniya millisi qələbə ilə yanaşı böyük hesabla üstün tərəf olacaq.

Mr. X

Əvvəlki yazı

Niderland 1919-cu ildən sonra ilk dəfə

Növbəti yazı

Sürpriz kupon – 26.03.2023