Günün kuponu – 26.02.2025

Günün kuponu – 26.02.2025

Brentford – Everton ALT2.5

Son 3 ildə “Everton”un üstünlüyü şəraitində keçən matçlarda “Brentford” ən yaxşı halda 1 xala sevinib. Ötən tur “Mançester Yunayted”lə heç-heçə oynayan “Everton” (2-2) bu həftə qələbə qazanmaq niyyətindədir. Evdə etibarlı müdafiə xəttiylə seçilən meydan sahiblərinin asan təslim olacağını düşünmürəm. Ona görə ALT2.5-i daha real hesab edirəm.

Mançester Yunayted – İpsviç Taun 1

Heç vaxt “Mançester Yunayted”ə qalib gəlməyən qonaqlar hesabat turunda rəqibin yaxşı vəziyyətdə olmamasından istifadə etmək istəyir. Son 2 turda 1 xal qazanan “qırmızı şeytanlar” “Tottenhem”ə uduzandan sonra “Everton”a da qalib gələ bilmədi. Fikrimcə bu dəfə Mançester təmsilçisi sürprizə imkan verməyəcək.

Nottinqem Forest – Arsenal ÜST2.5

27-ci turda İngiltərə Premyer Liqasında 2-3-cü pillələrdə qərarlaşan komandalar mübarizə aparacaq. Rəqibi 6 xal qabaqlayan “Arsenal” səfərdə qələbə qazanarsa rəqibdən xeyli uzaqlaşacaq. 2023-cü ildən sonra “Arsenal” üzərində qələbəsi olmayan meydan sahibləri xal itirməklə liderlərdən uzaqlaşacaq. Bu oyundan məhsuldar nəticə gözləmək riskli sayılmamalıdı.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Kovaçiç La Liqa yolunda

Növbəti yazı

Sürpriz kupon – 26.02.2025