Günün kuponu – 26.01.2025

Günün kuponu – 26.01.2025

Atletik Bilbao – Leganes 1, QOL/QOL, 1-ci hissənin nəticəsi 1

Günün kuponunda sizə öz mərcinizi yaratmağı təklif edirəm. Atletik Bilbao – Leganes görüşündə meydan sahibləri favoritdir. Avrokuboklarda ilk məğlubiyyətini alan bilbaoluların Beşiktaşla oyunda La Liqanı düşündükləri sezilirdi. Çünki Avropa Liqasında onlar minimum tapşırığı yerinə yetiriblər. Məncə Atletik Leganeslə görüşdə artıq ilk hissədə fərqi ortaya qoyacaq. Onların həm ilk hissədə, həm də 90 dəqiqənin tamamında qələbə qazanacağına inamım böyükdür. Bununla yanaşı Leganesin də meydanı qol vurmadan tərk etməyəcəyini ehtimal edirəm. Komandanın hücum potensialı belə düşünməyə əsas verir. Bu 3 ehtimal birlikdə 5,50 əmsal edir. Oynamağa dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”də yeni məşqçi

Növbəti yazı

Sürpriz kupon – 26.01.2025