Günün kuponu – 25.11.2024
Empoli-Udineze qol/qol
İtaliya A seriyasında qonşu pillələrdə qərarlaşan komandalar arasında 1 xal fərq var. Aktivində 5 qələbəsi olan qonaqlar “Empoli”dən yuxarıda 16-cı yerdədir. Ardıcıl 3 tur məğlub olan “Empoli” uğursuz seriyanı başa vurmaq istəyir. “Udineze”nin risk etməyəcəyini fikirləşdiyimdən matçın məhsuldar heç-heçəylə başa çatacağını düşünürəm.
Venetsiya-Leççe ALT2.5
A seriyasına uğursuz başlayan hər iki komanda mövsümün sonunda aşağı liqaya yollanmağa namizəd sayılır. Hər iki komanda 12 turda 21 dəfə mərkəzə dəvət olunub. “Leççe”nin heyətlə bağlı problemlərini qeyd etməliyik – 3 əsas futbolçusu matçda iştirak etməyəcək. Bununla belə qonaqların minimal hesablı uğuruna inanıram. Seçimim ALT2.5 olacaq.
Trabzonspor-Adana Dəmirspor 1
Trabzon təmsilçisi özünə bənzəmir. 14-cü sırada qərarlaşan meydan sahiblərini autsayder qrupundan 1 xal ayırır. Adana klubu Türkiyə çempionatında qələbəsi olmayan yeganə kollektivdi. Zəif rəqiblə oyunda trabzonluların qələbə şansını yüksək qiymətləndirirəm.