Günün kuponu – 25.11.2025
Ayaks – Benfika QOL/QOL
Çempionlar Liqasından bizə yaxşı tanış olan “Benfika” Niderlanda yollanır. İlk 4 turda məğlub olan komandalar üçün artıq hər oyun böyük əhəmiyyət kəsb edir. Joze Mourinyonun gəlişindən sonra böhran vəziyyətindən tam çıxmayan Portuqaliya təmsilçisi duelin üstün tərəfi hesab edilir. Daha çox gənclərə şans verən “Ayaks”ın növbəti dəfə evdə xalsız qalacağına inanmaq çətindi. Fikrimcə komandalar qollu heç-heçəylə kifayətlənəcək.
Qalatasaray – Union Sent Julliaz ÜST2.5
4 oyunda 9 xal toplayan Türkiyə təmsilçisi evdə növbəti qələbəni qazanmağa çalışacaq. Hər iki tərəfdə itkilər olmasına baxmayaraq Cim Bom cütün favoriti sayılır. Ötən oyunda “Atletiko”ya uduzan (1:3) qonaqların səfərdə xal qazanacağı inandırıcı görünmür. Bununla belə Belçika klubundan qol gözləmək riskli deyil.
Çelsi – Barselona QOL/QOL
Hərəyə 7 xal toplayan komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. Londondakı matçda zadəganlar maksimum güc nümayiş etdirməyə çalışacaq. Bakıda itirilən xallardan sonra ingilis mətbuatının tənqidiylə üzləşən “Çelsi” evdə bəraət almağa səy göstərəcək. Favorit kataloniyalıların səfərdə xal itirəcəyinə inam azdı. Ona görə qol/qol seçimini məsləhət görürəm.












