Günün kuponu – 25.11.2021
“Qarabağ” – “Omoniya” – ÜST2.5
Avrokuboklardakı yeganə təmsilçimiz olduqca önəmli oyuna çıxır. Konfrans Liqasında qrupda ilk yeri tutmaq üçün bu matçda Qurban Qurbanovun komandasına qələbə vacibdir. Fikrimcə hər iki komanda maksimum gücünü nümayiş etdirməyə çalışacaq. Ona görə məhsuldar oyun olacağını düşünürəm.
“Qalatasaray” – “Marsel” – QQ
Gözlənilmədən qrupda liderliyə yüksələn “Qalatasaray” indi mövqeyini qorumağa çalışacaq. Aktivində dörd oyundan 2 qələbə və 2 heç-heçə olan Fatih Terimin komandası superliqada son matçda “Fənərbağça”ya uduzdu. Digər tərəfdən Fransa təmsilçisi səfərdə qələbəyə oynayacaQ. Ona görə türklərin işi asan olmayacaq. Fikrimcə hər iki komanda matçda qol vurmağa nail olacaq.
“Bayer Leverkuzen” – “Seltik” – QQ
Qlazqoda “Seltik” “Bayer”ə 0-4 hesabıyla məğlub olub. Ardınca “Seltik” ardıcıl doqquz matçda məğlub olmayaraq uğurlu oyunlar keçirib. İndi Şotlandiya təmsilçisi səfərdə Almaniya klubunun qonağı olacaq. “Bayer” qrupdan çıxmaq şansını həll edib. 6 xalla qrupda üçüncü yerdə qərarlaşan “Seltik”ə qələbə qazanmaq çox önəmlidi. Hər iki komandanın qol vuracağını düşünürəm.
“Qarabağ” – “Omoniya” – ÜST2.5 – 1.95
“Qalatasaray” – “Marsel” – QQ – 1.71
“Bayer Leverkuzen” – “Seltik” – QQ – 1.64
CƏMİ: 5.46