Günün kuponu – 25.10.2025
Benfika – Arouka – 1-ci hissənin nəticəsi – 1
Çempionlar Liqasında hər 3 oyunda uduzan Benfika uğursuzluğu Portuqaliya Superliqasındakı qələbələri ilə “sığortalamağa” çalışır. Amma burada da əzəli və əbədi rəqibləri – Portu və Sportinqdən geri qalırlar. Sonuncu dəfə Aroukaya 10 il əvvəl uduzan Benfikanın bu görüşdə qələbənin əsasını ilk yarıda qoyacağını təxmin edirəm.
Borrusiya Dortmund – Köln – QOL/QOL
Coğrafi baxımdan qonşu olan Dortmundla Köln Almaniya bundesliqasının turnir cədvəlində də qonşudur. Borrusiya 4-cü, Köln 6-cı sıradadır. Bundesliqada tutduqları mövqe, aralarındakı tarixi futbol rəqabəti bu duelin qarşılıqlı qollarla keçəcəyinə işarə edir.
Monako – Tuluza – QOL/QOL
2 Çempionlar Liqası matçı da daxil Monako son 5 qarşılaşmada qələbəyə həsrətdir. Tuluza isə bu mövsüm yaxşı təsir bağışlayır. Tərəflər öz aralarındakı son 10 oyunundan 8-də qarşılıqlı qollar qeydə alınıb. Fikrimcə, bu görüşdə də hər iki komanda qol vuracaq.












