Günün kuponu – 25.09.2025
Lill – Brann 1
Fransa təmsilçisi üçün liqa mərhələsinə uğurla başlamağa əla fürsət var. Brann bunun üçün uyğun rəqibdir. Komandalar arasındakı səviyyə fərqini nəzərə alsaq, Lillin rahat qələbə qazanacağını düşünürəm.
Reyncers – Genk 2,5 ÜST
Avropa Liqasında gecənin ən maraqlı oyunlarından biri Şotlandiyada baş tutacaq. Reyncers doğma azarkeşlər önündə hər zaman açıq futbola üstünlük verir. Belçika təmsilçisi Genk də bunu sevir. Odur ki, bu görüşün bol qollu keçəcəyini düşünürəm. Məncə azarkeşlər ən azı 3 qol görəcəklər.
Ştutqart – Selta QOL/QOL
Ştutqart və Seltanın görüşündə kimin qalib gələcəyini təxmin etmək çətindir. Günün kuponunda bu seçim riskli görünür. Lakin, hər iki komandanın hücum potensialı və müdafiəsi nəzərə alınmalıdır. Bu səbəbdən həm Ştutqartın, həm də Seltanın meydanı qol vurmadan tərk etməyəcəyini düşünürəm. Məncə qol/qol bu qarşılaşma üçün ən uyğun seçimdir.












