Günün kuponu – 25.08.2024

Günün kuponu – 25.08.2024

Liverpul – Brentford 1

Oyun nəticəsi/ALT/ÜST: Liverpul və ÜST 2.5

“Brentford” ötən mövsüm çətinliklə Premyer Liqadakı yerini qoruya bildi.
Komandalar arasındakı son 6 oyunda “Liverpul” 4 dəfə 3 qol vurub. Meydan sahiblərinin bol qollu oyunda qələbəsinə mərc edirəm.

Real Madrid – Valyadolid Fora: Real Madrid – 1

Bu qarşılaşmanın da aşkar favoriti bəllidi. “Real Madrid” La Liqanı, Çempionlar Liqasını və Avropa Superkubokunu qazandıqdan sonra gözlənilmədən çempionatın start matçında “Malyorka”ya qalib gələ bilmədi. “Valyadolid” isə əksinə, La Liqaya qayıdışını “Espanyol” üzərində qələbə ilə qeyd etdi. İlk matçda bir qədər laqeyd münasibətə görə xal itirən “kral klubu” ardıcıl ikinci dəfə eyni səhv etməz. Meydan sahiblərinin inamlı qələbəsini təxmin edirəm.

Sent Mirren – Seltik 2

“Seltik” mövsümün əvvəli əla formadadı. Təsadüfi deyil ki, bütün oyunlarda qələnə qazanır. “Sent Mirren” haqda eyni sözləri demək olmur. Qonaqların qələbə qazanacağını proqnozlaşdırıram.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Viktor “Barselona”da

Növbəti yazı

Sürpriz kupon – 25.08.2024