Günün kuponu – 25.05.2025
Vilyareal – Sevilya 2,5 üst
Çempionlar liqasında vəsiqəni ötən oyunda rəsmiləşdirmiş Vilyareal üçün bu oyun formal xarakter daşıyır. Elə Sevilya üçün də. Nə qədər qəribə səslənsə də Sevilya bu il La liqada qalmağa çalışırdı və onlar sensasiyaya imkan vermədilər. Odur ki, hər iki komanda mövsümün son oyununa rahat çıxacaq. Zənnimcə daha çox hücum edəcək və azarkeşlər üçün oynayacaq. Belə oyunlar adətən bol qollu keçir. Mərc üçün 2,5 üst seçimi daha məntiqlidir.
Fulhem – Mançester Siti 2
Mövsümü uğursuz keçirən Mançester Siti çempionlar liqasına vəsiqə üçün yarışır. Onların taleyi öz əllərindədir. Siti son turda Fulhem səfərində qələbə qazansa, digər oyunların nəticəsinin önəmi olmayacaq. Odur ki, Pep Qvardiolanın yetirmələrinin yalnız qələbə üçün meydana çıxacaqlarını və bunu bacaracaqlarını düşünürəm.
Latsio – Leççe 1
Latsio da çempionlar liqasına vəsiqəni hədəfləyir. Onlar autasyderlərdən olan Leççe ilə üz-üzə gələcəklər. Latsio doğma meydanında qələbə qazanıb, Yuventusun məğlubiyyətinə ümid edəcək. Çətin görünür. Lakin, istənilən halda ilk tapşırıq Leççeni məğlub etməkdir. Məncə Latsio 3 xalı qazana biləcək.