Günün kuponu – 25.03.2025

Günün kuponu – 25.03.2025

Lixtenşteyn – Qazaxıstan – oyunun nəticəsi – Qazaxıstan və 1,5 ÜST

Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Qazaxıstan Uelsdən, Lixtenşteyn Şimali Makedoniyadan 3 qol buraxıb. Tərəflər bir-birinə qrupda əsas xal mənbəyi kimi baxır. Bu dueldə Qazaxıstanı üstün sayıram. Səfərdə oynasalar da, məncə, bu oyunda azı 2 qol vurulacaq və qələbə qonaq komandanın olacaq.

Qırğızıstan – Qətər – 2

Qırğızıstan millisinin DÇ-2026-ya seçmə mərhələ başlayandan ümidi yox idi. İndi qrupda sonuncu olan mərkəzi asiyalıların mundiala can atan Qətərə mane olacağı real görünmür. Fikrimcə, ərəblər bu səfərdən 3 xalla dönəcək.

Cəbəllütariq – Çexiya – YOX/QOL

Çexiyanın qələbəsinə çox cüzi əmsal verildiyindən bu oyunda mərc üçün başqa variantlar axtarmalıyıq. Onların arasında mənə görə daha realı yox/qol variantıdır. Yəni, yalnız Çexiyanın qol vuracağına inanıram.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Cokoviç Nadalı geridə qoydu

Növbəti yazı

Sürpriz kupon – 25.03.2025