Günün kuponu – 25.03.2022

Günün kuponu – 25.03.2022

Argentina – Venesuela – 1

Ən yaxın izləyicisini 10 xal qabaqlayan Argentina böyük ehtimalla əsas heyətin bəzi üzvlərinə istirahət verəcək.

Qrupda sonuncu yeri tutan Venesuelanın dünya çempionatına getmək şansı qalmayıb.

Argentinanın rəqibini öz meydanında qəbul etməsi Venesuelanın şansını bir az da azaldır.

Norveç – Slovakiya – ALT 2,5

Norveç Osloda yoldaşlıq oyunu çərçivəsində Slovakiya ilə qarşılaşacaq. Skandinaviyalılar dünya çempionatının seçmə mərhələsində Niderland və Türkiyədən sonra 3-cü olaraq, mundialdan kənarda qaldılar.

Millətlər Liqasında yığmamızın rəqiblərindən olan Slovakiya da Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazana bilmədi.

Slovakiya Xorvatiya və Rusiyadan sonra qrupda 3-cü yeri tutdu. İndi artıq yeni məqsədlər var: Millətlər Liqasına yaxşı hazırlaşmaq.

Bu komandaların son 3 oyununda alt 2,5 gəlib. Yoldaşlıq görüşü olmasına baxmayaraq, bu dəfə də bol qollu matç gözləmirəm.

Rumıniya – Yunanıstan – QOL/QOL

Dünya çempionatından kənarda qalan daha iki komanda Buxarestdə üz-üzə gələcək.

Rumıniya son 3 oyunda məğlub olmayıb.

Yunanıstan isə son 3 matçda qələbə qazana bilmir.

Rumıniya öz meydanındakı son üç oyunda Yunanıstanın müqavimətini qıra bilməyib.

Elnur Məmmədlidən ən son “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Milli komandalarda ən çox qələbə qazananlar

Növbəti yazı

Sürpriz kupon – 25.03.2022