Günün kuponu – 25.01.2026
Kristal Pelas – Çelsi QOL/QOL
Ardıcıl 7 tur qələbəyə həsrət qalan meydan sahibləri indi zadəganlara qarşı mübarizə aparacaq. “Çelsi” qələbə qazanacağı halda liderlər qrupuna yaxınlaşa bilər. Əks halda mövqeyini zəiflətmək təhlükəsiylə üzləşəcək. Qonaqların rahat qələbə qazanacağına inanmıram. Fikrimcə bu matça ən real mərc qol/qol üzərindən olacaq.
Nyukasl – Aston Villa ÜST2.5
Mövsümün uğurlu komandalarından olan “Aston Villa” lider “Arsenal”dan 7 xal geri qalır. Premyer Liqada ötən 2 turda qələbə qazanmayan qonaqlar bu dəfə meydana yalnız 3 xal üçün çıxacaq. “Nyukasl” müdafiəsinin son matçlarındakı səhvlərini nəzərə alaraq üst2.5 seçimi üzərində dayanıram.
Arsenal – Mançester Yunayted QOL/QOL
Premyer Liqanın lideri “Arsenal” bütün cəbhələrdə layiqli çıxışını davam etdirir. Ötən tur “Mançester Siti”ni məğlub edən “qırmızı şeytanlar” Londona böyük ümidlə yollanıb. Son 5 turda məğlub olmayan Mançester klubunun səfərdə meydanı qolsuz tərk edəcəyini düşünmürəm. Ona görə qol/qol seçimi daha real görünür.












