Günün kuponu – 25.01.2025

Günün kuponu – 25.01.2025

Real Valyadolid – Real Madrid 2
“Valyadolid” son vaxtlar xal qazanmağa başlasa da, zəif mövsüm keçirir. Komandanın aşağı liqaya düşmə ehtimalı böyükdür. Kral klubu isə aktivinə 3 xal əlavə edib liderliyini möhkəmləndirməyə çalışacaq. Bir sözlə, ev sahiblərinin sensasiya yarada biləcəyini düşünmürəm.

Karlsrue – Fortuna Düsseldorf QOL/QOL
Hər iki komandanın statistikasını və oyun tərzini nəzərə alsaq, açıq futbol gözləmək olar. Ev sahiblərinin son 10 oyunu qol-qolla başa çatıb. Düşünürəm ki, bu dəfə də belə olacaq.

Sevilya – Espanyol 1
Oyunun favoriti ev sahibləridir. Turnir cədvəlində irəliləmək üçün bu qalibiyyətə ehtiyacları var. Statistikaya əsasən də, son 7 ildə “Seviliya” bu komandaya məğlub olmayıb. Məncə, bu dəfə də sevinən tərəf olacaqlar.

Mr. V

Əvvəlki yazı

“Zirə”dən əzmkar qələbə

Növbəti yazı

Sürpriz kupon – 25.01.2025