Günün kuponu – 24.12.2025

Günün kuponu – 24.12.2025

Fil Dişi Sahilləri – Mozambik – 1

Fil Dişi Sahilləri yığmasından başqa Afrika Millətlər Kubokunun F qrupunda Qabon və Kamerun kimi güclü komandalar da yer alıb. Bu “kampaniya”da yeganə autsayder Mozambik sayılır. Hərçənd onlardan da hansısa matçda sürpriz gözləmək olar. Bəlkə də qarşıdakı oyunlarda bu sürpriz olacaq, amma Fil Dişi Sahillərinin turnirin ilk oyununda xal itirəcəyini düşünmürəm.

Samsunspor – Eyüpspor – 1

Samsunspor UEFA Konfrans Liqası və Türkiyə Superliqası matçları nəzərə alınmaqla son 8 oyunda qələbəyə həsrətdir: 5 məğlubiyyət, 3 heç-heçə. Son qələbəni elə “Eyüpspor” üzərində noyabrın 9-da Türkiyə Superliqası qarşılaşmasında qazanıblar. Fikrimcə, Samsun klubunun Eyüpspor matçı ilə dayanan qələbə seriyası elə bu komandaya qarşı oyunla da yenidən başlaya bilər. Türkiyə Kubokunda növbəti qrup mərhələsinə 3 xalla başlamaq üçün bu çox vacibdir.

Burkino Faso – Ekvator Qvineyası – 2,5 ALT

Hər iki komanda Afrika Millətlər Kubokunda 1-ci turun oyununa çıxır. İndiyədək bu komandalar 3 dəfə qarşılaşıb və 3 görüşdə cəmi 1 qol vurub. Bu dueldə də çox qol gözləmirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Zaqatala” texniki məğlubiyyət aldı

Növbəti yazı

Sürpriz kupon – 24.12.2025