Günün kuponu – 24.11.2024
Napoli – Roma QOL/QOL
İtaliya A Seriyasında turun mərkəzi oyunu məhz bu komandalar arasında keçiriləcək. Bu görüşdə Napoli favorit olsa da Roma sürprizə qadirdir. Yeni baş məşqçi Ranyeri amilini də nəzərə almaq lazımdır. Zənnimcə bu görüşdə həm Napoli, həm də Roma qol vura biləcək. Odur ki, qol-qol seçimi ən uyğun seçimdir.
Samsunspor – Alanyaspor 2,5 ÜST
Yaxşı mövsüm keçirən Samsunspor bu görüşdə də favoritdir. Hazırda 3-cü pillədə yer alan Samsun təmsilçisi Alanyasporla görüşdə də qələbə qazanmağa çalışacaq. Məncə onlar bunu bacaracaqlar. Lakin, Alanyasporun da hücum potensialını nəzərə alaraq, bu görüşdə azı 3 qolun vurulacağını güman etmək olar. Odur ki, 2,5 Üst seçimi daha uyğun görünür.
Atletik Bilbao – Real Sosyedad 1
Turnir cədvəlindəki mövqe nə olursa olsun, derbilərin hər komanda üçün xüsusi əhəmiyyəti var. Bilbao təmsilçisi Bask derbisində favoritdir. Real Sosyedad heyət baxımından daha güclü görünə bilər. Amma Atletik Bilbaonun doğma meydan amilindən yararlanacaıgını güman edirəm. Məncə, meydan sahibləri çətin də olsa, qələbə qazanacaqlar.