Günün kuponu – 24.10.2025
Lids Yunayted – Vest Hem 1
Doğma “Elland Road”da Lids istənilən rəqiblə baş-başa gələ bilər. Şübhəsiz bunda azarkeş dəstəyinin önəmi böyükdür. 3 turdur qələbə qazana bilməyən Lids bu dəfə uğursuzluq zolağından çıxmağa çalışacaq. Vest Hemin də işləri yolunda deyil. Yeganə qələbəsini 3-cü turda qazanan Vest Hem 5 oyundur ki, uduzur. Meydan sahibləri bu vəziyyətdən yararlanmağa çalışacaqlar.
Verder Bremen – Yunion Berlin 2,5 ÜST
Məncə bu görüşdə kimin qələbə qazanacağını demək çətindir. Amma ilk 7 turun statistikasına baxsaq, hər iki komandanın hücuma önəm verdiyini görərik. Eyni zamanda bu komandaların müdafiədə də problemləri var. Bu, bizə matçın bol qollu keçəcəyi ehtimalını verir. Düşünürəm ki, azı 3 qol görəcəyik.
Paris FK – Nant QOL/QOL
Elitaya vəsiqə qazanan Paris FK görüşün favoriti olsa da, Nant çətin rəqibdir. Paris klubunun qələbəsinə mərc etmək riskli olar. Amma hər iki komandanın meydanı qol vurmadan tərk etməyəcəyinə inamım böyükdür. Zənnimcə, qol/qol seçimi daha məntiqlidir.












