Günün kuponu – 24.09.2025
Frayburq – FK Bazel – 2,5 ÜST
UEFA Avropa Liqasının ilk turu və hücum futboluna üstünlük verən iki komandanın dueli. Rəsmi turnirlərdə olmasa da, yoxlama görüşlərində bu klublar 6 dəfə qarşılaşıb və onun 4-də qapılara azı 3 qol vurulub. Həm Frayburqun bundesliqada, həm Bazelin İsveçrə Superliqasında mövsüm başlayandan bütün oyunlarda qol vurmasını nəzərə alaraq, 2,5 üst variantını daha real sayıram.
Dinamo Zaqreb – Fənərbağça – cüt şans 1X
Fənərbağçanın hazırki oyunu o qədər də ümid vermir. Xorvatiya futbolunun flaqmanı sayılan Zaqreb “Dinamo”sunun Avroliqanın ilk turunda öz meydanında “Fənər”ə uduzacağı məncə, real deyil.
Atletiko Madrid – Rayo Valekano – 1
Atletiko Madrid bu mövsüm La Liqada 5 oyundan yalnız birində qalib gəlib, hazırda 6 xalla liderlərdən çox uzaqda – 12-ci sırada qərarlaşıb. Rayo Valekano isə Dieqo Simeonenin komandasından 1 xal az toplayıb. Fikrimcə, Atletiko növbəti xal itkisinə yol verməməlidir. Öz azarkeşləri qarşısında bu oyunda 3 xal əldə edəcəyini düşünürəm.












