Günün kuponu – 24.07.2025
Tamperin İlves – AZ Alkmaar 2
Finlandiya təmsilçisinin gücünü Şaxtyorla qarşılaşmada gördük. İlves bu mərhələnin ən zəif komandalarından biridir. AZ Alkmaarın isə xüsusi təqdimata ehtiyacı yoxdur. Düşünürəm ki, Niderland təmsilçisi elə ilk oyunda cütün taleyini həll edəcək.
Petrokub Hincesti – Sabah 2
Petrokub ciddi rəqib kimi görünür. Lakin, bu komandanı yaxından tanıyan biri kimi deyə bilərəm ki, Azərbaycan təmsilçisi Sabah daha güclə heyətə malikdir. Petrokub 2 mövsüm əvvəl Moldova çempionu olsa da, indi o komandadan əsər-əlamət yoxdur. Məncə komandamız Moldovadan zəfərlə dönəcək.
AEK Afina – Hapoel Beer Şeva 1
Yunan klubları evdə istənilən rəqibə qalib gəlməyə qadirdir. AEK Konfrans liqasının əsas mərhələsinə ən iddialı komandalardan biridir. Odur ki, zəifləmiş İsrail klubu ilə görüşdə yunanlar çətinlik çəkməməlidir.












