Günün kuponu – 24.07.2024
Ludoqorets – Dinamo Minsk – 1
“Qarabağ” “Linkoln”u mübarizədən kənarlaşdırsa, UEFA Çempionlar Liqasının 3-cü mərhələsində rəqibi bu iki komandadan biri olacaq. Belarus futbolunun son illər tənəzzül dövrünü yaşadığını nəzərə alsaq, Bolqarıstan çempionu bu dueldə daha üstün görünür. Üstəlik də ilk oyun “Ludoqorets”in meydanındadır. Məncə, bolqarlar qonaqlara sürpriz etmək şansı verməyəcək.
AEK – İnter Club de Escaldes – 3,5 ÜST
Yunanıstan təmsilçisi təbii ki, Andorra çempionu ilə duelin aşkar favoritidir. Amma “İnter Club de Escaldes” əvvəlki mərhələdə Bosniya və Hersoqovina çempionuna 5:1 qalib gəlməklə hamını heyrətləndirib. AEK-ə elə bir sürpriz edəcəyinə inanmasam da, azı 1 qol gözləmək olar. Bu isə oyunda minimum 4 qol vurulma ehtimalını artırır.
Servette – Yanq Boyz – 2,5 ÜST
Son çempion “Yanq Boyz” yeni mövsümə məğlubyyətlə başlayıb. “Servette” isə əksinə, çempionata səfərdə “Lütsern”i 2:1 məğlub edərək start verib. Güman ki, “Yanq Boyz” ilk turdakı uğursuzluğu sığortalamağa çalışacaq, “Servette” isə xal ehtiyatını artırmağa. Ona görə 2,5 üst variantı daha real görünür.