Günün kuponu – 24.05.2023

Günün kuponu – 24.05.2023

“Brayton” – “Mançester Siti” – 1-ci hissə cüt şans 12

Artıq çempionluğu təmin etmiş “Siti” üçün nəticənin heç bir əhəmiyyəti yoxdur. “Brayton” isə 1 xal qazansa, yeni mövsüm üçün Avroliqanın qrup mərhələsində yerini təmin edəcək. Heç-heçə variantina daha çox inanıram. Amma yenə daha az risk tələb edən varianta üstünlük verirəm: Fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.

“Elçe” – “Sevilya” -1-ci hissə cüt şans 12

“Elçe”nin “kitabı çoxdan bağlanıb”. Növbəti mövsümü aşağı liqada keçirəcəkləri çoxdan dəqiqləşib. Ona görə nəticə onlar üçün heç bir önəm daşımır. “Sevilya” isə avrokuboklara vəsiqə üçün mütləq qələbə qazanmalıdır. İtiriləsi nəyisə qalmayan “Elçe”nin sevilyalılara sürpriz etmə ehtimalını nəzərə alaraq bütün oyuna deyil, 1-cu hissənin nəticəsinə mərc edirəm. Fikrimcə, ilk hissəni tərəflərdən biri hesabda öndə bitirəcək.

“Real Madrid” – “Rayo Valekano” – 1-ci hissə cüt şans 12

Hazırda 11-ci sırada yer alan “Rayo Valekano” nəzəri cəhətdən avrokuboklara vəsiqə verən ilk  “yeddiliy”ə düşmək şansını saxlayır. “Real” isə çempionluğu əldən verəndən sonra “Valensiya”ya uduzaraq azarkeşlərini məyus edib. Ondan əvvəl isə ÇL-də  “Mançester Siti”dən  aldığı ağır zərbə (0:4). Bir sözlə, “Kral Klubu”nun qələbəsinə bənd olmaq risklidir. Məncə, doğrusu ilk yarının nəticəsinə mərc etməkdir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Vlahoviçə yeni müştəri

Növbəti yazı

Sürpriz kupon – 24.05.2023