Günün kuponu – 24.04.2025

Günün kuponu – 24.04.2025

Atletiko M. – Rayo Vallekano 1

Günün ən asan oyunlarından biri kimi görünür. Atletiko Madrid üçün bu görüşdə qələbə hava və su kimi lazımdır. Məncə Dieqo Simeonenin komandası rahatlıqla rəqibi məğlub edəcək.

Trabzonspor – Göztəpə 1

Liqadan əlini üzən Trabzonspor bütün diqqətini kuboka yönəldib. Onlar üçün Göztəpə ilə oyun mövsümün ən vacib oyunudur. Doğma azarkeşin də dəstəyi ilə Trabzonspor evdə qələbə qazanmağa çox yaxındır. Günün kuponunda mərc etməyə dəyər.

Leqanes -Jirona qol/qol

İspaniyada bu tur nəticəsini təxmin etməyin ən çətin oyun olduğunu deyə bilərəm. Amma Leqanes evdə məhsuldarlığı ilə seçilir. Jironanın da hücum potensialını vurğulaya bilərəm. Odur ki, bu görüşdə hər iki komandanın qol vuracağını təxmin edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Sabah” finalda

Növbəti yazı

Sürpriz kupon – 24.04.2025