Günün kuponu – 24.04.2023
“Atalanta” – “Roma” – QOL/QOL
Qonaqlar yeni mövsümdə ÇL, meydan sahibləri isə Konfrans Liqasında iştirak üçün mübarizə aparır. A seriyasında ardıcıl üç matçda inamlı təsir bağışlayan Joze Mourinyonun komandası səfərdə rəqibə təzyiq göstərəcək.
“Fənərbağça” – “İstanbulspor” – 1
Lider “Qalatasaray”dan 7 xal geri qalan “Fənərbağça”nın ehtiyatda oyunu var. Ardıcıl 7 dueldə sarı lacivərdlilər qələbə qazanıb. Üstəlik son 5 ildə “Fənər” bu rəqiblə görüşdə xal itirməyib.
“Girəsunspor” – “İstanbul Başakşəhər” – QOL/QOL
Superliqada son 3 matçda cəmi 1 xal qazanan qonaqlar “qara zolaq”dan çıxmaq istəyir. İndiyə qədər keçirilən duellərdə daim qol\qol reallaşıb. Qonaqları favorit hesab etməyimə baxmayaraq heç-heçəni də istisna etmirəm.