Günün kuponu – 24.02.2025
Roma – Monza – 3,5 ALT
Romalılar A seriyasının autsayderi ilə qarşılaşmanın aşkar favoritidir. Monzanın hücum xəttinin zəif olması bu oyundan çox qol gözləməyə şübhə yaradır. Üstəlik, Romanın A seriyaslnda son 4 matçının hamısında 4-dən az qol qeydə alınıb. Tərəflərin indiyə qədər öz aralarındakı oyunlarda da 3,5 üst baryeri bir dəfə aşılıb. Ona görə mənim təxminim 3,5 alt!
Qalatasaray – Fənərbağça – QOL/QOL
Həmişəki kimi İstanbul derbisi böyük maraqla gözlənilir. Oyun qədər ehtirasların coşması, ənənəvi qarşılıqlı replika və atmacalar gərginliyi bir qədər də artırıb. Hər iki tərəf azarkeşi qarşısında üzüağ olmaq üçün var gücünü meydanda qoyacaq. Məncə, belə oyunlar üçün qarşılıqlı qollar daha düzgün variantdır.
Helmond – FK Emmen – cüt şans x2
Bu komandalar Niderland 1-ci liqasında turnir cədvəlində 8-9-cu yerləri bölüşdürür. Bu matçdan heç-heçə də gözləmək olar. Amma fikrimcə, qonaqların qələbəsi də istisna deyil. Ona görə cüt şans mərc etmək daha doğru olar.