Günün kuponu – 24.01.2025
Şamaxı – Zirə ALT 2.5
İddialı “Zirə” etibarlı müdafiəsi ilə seçilən komandadı. Son dövrlər yetərincə inamlı təsir bağışlayan və Premyer Liqadakı yerini qorumağa çalışan “Şamaxı”nın da xallara ehtiyacı var. Amma “Zirə” təhlükəli rəqibdi və Ayxan Abbasovun komandası bunu bildiyindən maksimum ehtiyatlı oynamağa çalışacaq. Düşünürəm ki, azarkeşlər bu matçda çox qol görməyəcək.
Samsunspor – Qaziantep BB 1
“Samsunspor” bu mövsüm Super Liqada özündən söz etdirməyi bacarır. “Qaziantep” bir qədər qeyri-sabit çıxış edir. İlk dövrədə səfərdə 1:0 hesabı ilə qalib gələn meydan sahibləri favoritdi və zənnimcə, qələbəni əldən verməyəcəklər.
Volfsburq – Holstein Kiel 1
“Volsfburq” oyunun aşkar favoritidi. Bundesliqadanı tərk etməyə real namizəd olan qonaqlar çətin ki, güclü rəqibin və tribunaların təzyiqi qarşısında tab gətirə bilsin. Meydan sahiblərinin qələbəsinə mərc edirəm.