Günün kuponu – 24.01.2024

Günün kuponu – 24.01.2024

Başakşəhər – Fənərbaxça QOL/QOL

Fənərbaxçanın hücum xətti göz oxşayır. 21 oyuna 58 qol! Amma bununla yanaşı son oyunlarda müdafiədəki problemləri vurğulamaq istərdim. Zənnimcə, bu görüşdə “Fənər” həm qol vuracaq, həm də qapısında qol görəcək. Odur ki, “Qol/Qol” seçimi daha məntiqli seçim olar.

Antalyaspor – Sivasspor 2,5 ÜST

Baş məşqçi dəyişikliklərindən sonra hər iki komanda daha çox hücuma önəm verir. Bəlkə də əvvəlki oyunların statistikası nəzərə alınaraq “2,5 Üst” seçiminə yüksək əmsal verilib. Bu dəfə hər iki komandanın hücum futbolu oynayacağını və bol qollu qarşılaşma olacağını zənn edirəm.

Namibiya – Mali 2

Mali millisi bu görüşün aşkar favoritidir. O qədər də güclü olmayan Namibiya qarşısında onların asan qələbə qazanıb qrup birinciliyini təmin edəcəklərini düşünürəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”də 7-ci, Azərbaycan çempionatlarında 62-ci

Növbəti yazı

Sürpriz kupon – 24.01.2024