Günün kuponu – 23.12.2024

Günün kuponu – 23.12.2024

İnter – Komo – 1

A seriyasının liderləri – “Napoli” və “Atalanta” ilə xal fərqini minimuma endirmək üçün İnter mütləq qələbə qazanmalıdır. Rəqibin autsayder “Komo” olduğunu nəzərə alsaq, “İnter”in 3 xalı əldə edəcəyi real görünür.

Benfika -Eştoril – 1-ci hissə – Benfika

“Portu”nun şənbə günü qələbə qazanmasından sonra Benfika liderliyi itirib. Lissabonlular Eştoril üzərində qələbə ilə yenidən zirvəyə yüksələcək. Fikrimcə, Benfika artıq ilk hissədə qələbənin əsasını qoyacaq.

Başakşehir – Kasımpaşa – QOL/QOL

Hər iki komandanın müdafiə xətti etibarsız təsir bağışlayır. 15 turda eyni sayda – 21 qol buraxıblar. Üstəlik, tərəflərin öz aralarındakı son 12 matçdan yalnız birində 2,5 alt qeydə alınıb. Məncə, qarşılıqlı qollar gözləməyə dəyər.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qarabağ” fasiləyə lider yollandı

Növbəti yazı

Sürpriz kupon – 23.12.2024