Günün kuponu – 23.10.2025

Günün kuponu – 23.10.2025

Fənərbağça – Ştutqart 1X və ÜST 1.5

“Fənərbağça” son 10 ev oyununda 8 qələbə qazanıb, 2 heç-heçə edib.
“Nitsa” üzərində qələbə Domeniko Tedeskonun yetirmələrinə daha da ruh verib. Odur ki, “Ştutqart”ın İstanbuldan xal aparması çətin görünür. Bir qədər ehtiyatlı davranıb meydan sahiblərinin uduzmayacağına və matçda ən azı 2 qol vurulacağına mərc edə bilərik.

Linkoln – Lex Fora: Lex (-1.5)

“Linkoln” Cəbəllütariqdə rəqiblərini darmadağın edir, amma avrokuboklarda özü böyük hesablarla uduzur. “Lex” 6 oyundur məğlubiyyətsiz irəliləyir və yaxşı formadadı. Təsadüfi deyil ki, poznanlılar Vyana “Rapid”ini 4:1 hesabı ilə diz çökdürüb. Qonaqların ən azı 2 top fərqi ilə qələbəsinə mərc edirəm.

Hamruns Spartans – Lozanna 2

Rəqiblər arasında ciddi səviyyə fərqi var. Maltalılar var güclərini ortaya qoysalar da, çətin ki, nəyəsə nail olsunlar.
Qonaqların inamlı qələbə qazanacağını düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Qarabağ” səfərdə məğlub oldu

Növbəti yazı

Sürpriz kupon – 22.10.2025