Günün kuponu – 23.10.2023

Günün kuponu – 23.10.2023

“Tottenhem” – “Fulhem” 1
Cari mövsüm 6 qələbə qazanan “Tottenhem” liderdən 1 xal geri qalır. Meydan sahibləri qələbə qazanacağı təqdirdə birinci pilləyə qayıdacaq. Hazırkı vəziyyətdə “Tottenhem”i qələbəyə şanslı hesab edirəm.

“Valensiya” – “Kadiz” ALT2.5
La Liqaya yaxşı başlamayan “Valensiya” cəmi 3 matçda qələbə qazanmağı bacarıb. Son üç dueldən ikisində məhz “Kadiz” qələbəyə sevinib. Bir oyun heç-heçə yekunlaşıb. Bu oyunun heç-heçə yekunlaşma ehtimalını yüksək qiymətləndirirəm.

“Udineze” – “Leççe” QOL/QOL
A seriyasında qələbəyə həsrət olan “Udineze” aşağı pillələrdə qərarlaşıb. “Leççe”nin yalnız iki məğlubiyyəti var. 8 turdan sonra meydan sahiblərinin nəhayət uğursuzluq seriyaya son qoyacağını gözləyənlər az deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Fillips “Mançester Siti”ni tərk etməyə hazırdır

Növbəti yazı

Sürpriz kupon – 23.10.2023