Günün kuponu – 23.09.2025

Günün kuponu – 23.09.2025

Atletik Bilbao – Jirona 1

Mövsümə çox yaxşı başlayan Atletik Bilbao ardıcıl 3 qələbədən sonra 2 oyundur ki, uduzur. Jirona isə bu mövsümün aşkar autsayderidir. Bilbaolular üçün bu oyun əla fürsətdir. Doğma San Mames stadionunda Atletikin rəqibinə şans verməyəcəyi qənətindəyəm.

Kalyari – Frosinone 1

Kubok oyununda iki fərqli liqaların təmsilçisi üz-üzə gələcək. Bu görüşdə Seriya A təmsilçisi olan Kalyari favoritdir. Sardiniyalılar liqada mövsümə də uğurlu başlayıb. Frosinone B Seriyasında iddialılardan olsa da, onlar çətin ki, Kalyariyə müqavimət göstərə bilsin. Zənnimcə, liqalar arasındakı fərq özünü göstərəcək və meydan sahibləri asan qələbə qazanacaqlar.

Dandi Yunayted – Aberdin 2,5 ÜST

Bu görüşdə kimin qalib gələcəyini təxmin etmək çox çətindir. Amma açıq futbol olacağını, bol qollu oyun keçəcəyini ehtimal edə bilərik. Statistika da bunu deyir. Odur ki, günün kuponunda 2,5 Üst seçimi daha məntiqli görünür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Barselona”da ciddi itki

Növbəti yazı

Sürpriz kupon – 23.09.2025