Günün kuponu – 23.09.2023
“Borussiya” (Dortmund) – “Volfsburq” – 1-ci hissə cüt şans 12
Tərəflərin hücum potensialı məhsuldar oyun gözəməyə əsas verir. Belədə fasiləyə qədər hesabdakı bərabərliyin pozulma ehtimalı yüksəkdir. Maraqlıdır ki, bu oyun üçün 2,5 üst varinatının əmsalı 1,40-la dəyərləndirildiyi halda, 1-ci hissəni tərəflərdən birinin hesabda öndə bitirməsinin əmsalı 1,43-dür. Ona görə də daha yüksək əmsallı variantı seçək.
“Milan” – “Verona” – 1-ci hissə cüt şans 12
Derbidə “İnter”ə ağır məğlubiyyətdən sonra (1:5) “Milan” Çempionlar Liqasına da qələbəsiz başladı (“Nyukasl”la 0:0). Azarkeşlərin bu oynda tələbi yalnız və yalnız qələbədir. Amma italyan futbolu sürprizlərlə zəngindir. Bu sürprizlərdən “sığortalanmaq” üçün oyun 1 variantına deyil, ilk hissənin cüt şansına mərc etməyi uyğun sayıram.
“Bavariya” – “Bohum” – 3,5 ÜST
“Bavariya”nın “qol maşını”nı xatırladan hücum xətti üçün bu variantı reallaşdırmaq elə də çətin deyil. Hələ “Bohum” da bir və ya bir neçə qol vursa, bəlkə də bu matçda hokkey hesabı gördük.