Günün kuponu – 23.08.2025

Günün kuponu – 23.08.2025

PSV Eyndhoven – Qroningen – 3,5 ÜST

Birbaşa UEFA Çempionlar Liqasının əsas mərhələsində oynayacaq PSV hələki “avrokubok qayğıları”ndan azaddır. Eyndhoven klubu vaxt var ikən, Erediviziyada qələbələri sıralayıb liderlər qrupunda möhkəmlənməyə çalışır. İlk 2 turda olduğu kimi bu oyunda da qalib gələcəklərini düşünürəm. Qroningenlə Eyndhovendəki oyunlar adətən azı 4-5 qolla əlamətdar olur. Bu dəfə də matçda 3-dən çox qol olacağını təxmin edirəm.

Atletiko Madrid – Elçe – 1-ci hissə – 1

Atletiko yeni mövsümə məğlubiyyətlə başlayıb. İlk qələbəni bu oyunda qazanmağa çalışacaqlar. Məncə, ilk hissəni hesabda öndə bitirəcəklər.

Bayer Leverkuzen – Hoffenhaym – QOL/QOL

Bundesliqanın açılış turunda bol qol gözlədiyim oyunlardan biri. Bu komandalar arasındakı son 8 oyunun hamısı 2,5 üstlə bitib. Bu duelin də qarşılıqlı qollarla keçəcəyini təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Duqlas Luiz “Nottingem”də

Növbəti yazı

Sürpriz kupon – 23.08.2025